GündəmManşet

Erməni silahlı dəstələrinin Qarabağdan çıxması təsdiqləndi

Xəbər verildiyi kimi, dünəndən etibarən Qarabağda qərarlaşmış erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk etməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı videogörüntülər də yayılıb.

Həmin görüntüləri çəkən hərbçilərimiz bildirirlər ki, erməni silahlıları hərbi texnikalarını və canlı qüvvələrini Qarabağdan çıxarmaqdadırlar.

Az öncə bununla bağlı Ermənistan hakimiyyətinə istinadən məlumat yayılıb. “CaucasusWarReport”un İrəvan hökumətinə istinadən yaydığı məlumata görə, erməni silahlı birləşmələrinin Qarabağ ərazisini tərk etməsi doğru xəbərdir. Onlar məlumatı təsdiqləyiblər. Məlumatda deyilir ki, erməni silahlı dəstələrini daşıyan konvoy Rusiya sülhməramlı qüvvələrinin müşayəti ilə Laçın dəhlizinə, oradan da İrəvana yola salınıb.

Qeyd edək ki, noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya əsasən Ermənistan özünün bütün hırbi hissələrini Azərvaycan ərazisindən çıxarmalıdır. Bundan başqa, Qarabağdakı separatçıların silahlı dəstələri də tərksilah edilməlidir. Rəsmi Bakı müharibə bitdikdən sonra dəfələrlə bu məsələni qaldıraraq, İrəvandan razılaşmaya əməl etməsini tələb edib. Görünür, son tələblərdən sonra Ermənistan həmin razılaşmanı yerinə gətirməli olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button