Bu gün Avrasiya Ali İqtisadi Şurasının sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə danışıb. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısı çıxışında “Zəngəzur dəhlizi”ndən danışıb.
Preziden bildirib ki, sözügedən dəhliz bölgə üçün çox faydalı olacaq. “Biz Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etmişik. Bu dəhliz nəinki vətənimizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yollarının tərkib hissəsi olacaq. Azərbaycanın artıq 8 hava limanı var, onlardan 2-si son 2 ildə azad edilmiş Füzuli və Zəngəlan ərazilərində tikilib. İşğaldan azad edilmiş Laçında 9-cu beynəlxalq hava limanı tikilir və 2025-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Azərbaycan iqtisadiyyatı özünü təmin edir və kənardan kömək tələb etmir. Ölkənin valyuta ehtiyatları azalan dövlət borcundan 10 dəfə çoxdur. Ölkə əhalisi son illərdə 7 milyondan 10 milyona yüksəlib”.
Preziden qeyd edib ki, Azərbaycanın Ermənistan istisna olmaqla, Aİİ üzv dövlətləri ilə əməkdaşlığı 30 ildir uğurla inkişaf edir. O qeyd edib ki, hazırda Ermənistanla münasibətləri normallaşdırmaq üçün imkanlar var. “Ermənistan və Azərbaycan arasında münasibətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması üçün ciddi ilkin şərtlər var”.
İlham Əliyevin çıxışından sonra danışan Ermənistanın baş naziri Nikol Paşinyan isə Zəngəzur Dəhlizi məsələsinə reaksiya verib. “Azərbaycan Pezidenti çıxışında ərazi ambisiyalarına haqq qazandırmaq üçün son illər istifadə etdikləri bir ifadə işlətdi. Xatırladım ki, 10 noyabr tarixli üçtərəfli bəyanatda yalnız bir dəhliz qeyd olunur və söhbət Laçın dəhlizindən gedir ki, Rusiya sülhməramlı missiyasının nəzarətində qalmalı idi. Lakin təəssüf ki, Azərbaycan tərəfindən qeyri-adi şəkildə bağlanıb.
Digər tərəfdən, mən Ermənistanın regiondakı bütün nəqliyyat və iqtisadi marşrutları və Ermənistan ərazisindən keçən kommunikasiyaları bağlamağa hazır olduğunu təsdiq etmək istəyirəm. Biz buna “erməni qovşağı” deyirik və ərazisindən keçdikləri ölkələrin nəzarəti altında regional rabitə kanallarını açmağa hazırıq”.