Ölkə içi

Erməni deputat: “Azərbaycan xəritə ilə bağlı heç bir cavab verməyib”

“Hələlik heç bir qərar verilməyib. Biz ərazi bütövlüyü və kvadrat kilometrlərdən danışmağa başlayanda anklavlar mövzusuna toxunduq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə müsahibəsində hakim “Mülki müqavilə” partiyasının fraksiyasının katibi Artur Hovhannisyan deyib.

O bildirib ki, anklavlar var. “Bəli, Ermənistanda strateji əhəmiyyət kəsb edən yolların keçdiyi anklavlar var. Anklavlarla həmsərhəd kəndlər var və təbii ki, müzakirə zamanı hər şey nəzərə alınmalıdır”.

Hovhannisyan əlavə edib ki, hazırda məsələ ilə bağlı işlər aparılır. “Yalnız demarkasiya və delimitasiya vasitəsi ilə biz irəli gedə bilərik”.

Prosesdə istifadə olunacaq xəritələrə gəlincə, o qeyd edib ki, 1975-ci ilin xəritələri Ermənistan tərəfi üçün məqbuldur. “Əslində, danışıqlar prosesinin indiki mərhələsində danışıqların əsasını hansı xəritənin təşkil edəcəyi ilə bağlı hələlik yekun qərar yoxdur. Amma indi bu xüsusi xəritə ətrafında müzakirələr gedir. Azərbaycan tərəfinin hansı mövqe tutacağını söyləmək də mənim üçün çətindir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button