ManşetSiyasət

İlham Əliyev: “Noyabrın 10-da Putin məndən xahiş etdi ki…”

Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr sazişi ilə bağlı bəzi detalları açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısı sazişin mətnin razılaşdırılmasından sonra Putrin ondan xahiş edib.

Dövlət başçısı deyib: “Mətn nəhayət, razılaşdırıldı. Əlbəttə ki, imzalanacağı güman edilirdi. Amma Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın bizim iştirakımızla imzalamasını israr etməyim. Mən də öz növbəmdə dedim ki, təkid etməyəcəyəm. Paşinyanın alçaldılması ilə bağlı əlavə nəyəsə ehtiyacım yoxdur. Çünki bu, bir insanın, bir şəxsin deyil, bir ölkənin alçaldılmasıdır. Və buna imkan verə bilməzdik. Mən razılaşdım ki, ikimiz bu sənədi imzalayacağıq. Amma Paşinyanın imza atacağına dair zəmanətlə. Həmin sazişi harada imzaladığı hələ də bilinmir. Mən bu sualı dəfələrlə açıq vermişəm, lakin cavab ala bilməmişəm. Ümid edirəm ki, bir ildən sonra onun sənədi harada imzaladığını öyrənə biləcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button