ManşetSiyasət

“Hüseyniyun”un iki “lideri” həbs olundu: Orxan Məmmədov və Tohid İbrahimbəyli Qumda saxlanılıb

Uzun illərdir İranda məskunlaşaraq, orada Azərbaycan əleyhinə təbliğat aparan, habelə Azərbaycanda islam dövləti quracaqları adı ilə xeyli sayda insanı öz tərəflərinə çəkən şəxslərdən bir neçəsinin həbs edildiyinə dair məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, teleqram kanallarında yayılan məlumatlarda yuxarıda sadaladığımız məqsədlər üçün “Hüseyniyun” adlı təşkilat yaratmış Orxan Məmmədov İranın Qum şəhərində saxlanılıb.

“Koroş Qadiri” adlı şəxsin bloqunda yazılan məlumatda bildirilir ki, Orxan Məmmədov Qum polisi tərəfindən saxlanılıb. Lakin o, bu həbsin səbəbləri barədə heç bir şey qeyd etməyib.

Bu xəbərin ardından o da məlum olub ki, həbs olunan təkcə Orxan Məmmədov deyil, “Hüseyniyun” təşkilatının digər rəhbəri Tohid İbrahimbəyli də var. Elə ilk mənbə xəbəri yayan zaman Tohidin fotosunu yerləşdirsə də, özü barədə məlumat yaymaışdı.

Qeyd edək ki, Tohid İbrahimbəyli və Orxan Məmmədov ölkəmizdə iğtişaş törətməkdə, ölkəmizə din adı ilə kəşfiyyat qrupları göndərməkdə, habelə təxribatçı fəaliyyətlərinə görə, barədələrində Azərbaycanda cinyaət işi açılıb. İnterpol xətti ilə hər iki şəxs axtarışa verilib.

Onu da bildirək ki, Azərbaycan rəsmiləri ən yüksək səviyyədə İran prezidenti və digər rəsmiləri ilə görüşdə bu şəxslərin Azərbaycana təhvil verilməsini istəyiblər. Lakin rəsmi Tehran hər dəfə bundan imtina edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button