Xocavənd rayonunda dağlarda gizlənərək, Azərbaycan Ordusuna hücum edən erməni əsgərlərə qarşı Müdafiə Naziriliyi və DTX-nın keçirdiyi antiterror əməliyyatından sonra Ermənistan Müdafiə Nazirliyi itkin düşmüş əsgərlərini axtarmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Qqarabağdakı separatçılar bununla bağlı rus sülhməramlıları ilə danışıqlar aparırılar.
İrəvanın açıqlamasına görə, Hadrut istiqamətindəki antiterror əməliyyatlarından sonra ermənilərin 73 əsgərinin aqibətindən heç bir xəbər yoxdur. Onları dekabrın 11-i gecədən axtarsalar da, tapa bilmirlər. “İndiyə qədər onlardan heç bir xəbər ala bilməmişik. Əsir düşdükləri və ya öldürüldükləri məlum deyil”.
JAMAZ.İNFO xəbər verir ki, 73 əsgərin tapılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Onik Qasparyan dünən Xankəndinə gəlib. O, rus sülhməramlı ilə məsələni müzakirə edir.
Xatırladaq ki, son antiterror əməliyyatından sonra Şuşa şəhəri yaxınlığındakı iki kənddə 160-dan çox erməni əsgərinin əsir düşdüyü artıq təsdiqlənib. Bununla bağlı, videogörüntü də yayımlanıb. Bundan başqa, Azərbaycan Ordusu mühasirədə olan 30-dan çox erməni əsgərini tərksilah edərək, ərazidən çıxmasına şans verib.