GündəmManşet

Ermənilərin itkiləri 7000 nəfəri keçdi, 700 meyiti isə tanımaq mümkün deyil

44 günlük Qarabağ müharibəsində Ermənistan ordusunun itkilərinin çox olması əvvəldən gizlin məsələ deyildi. Hələ müharibənin ortalarında İrəvandakı mənbələr ölən və itkin düşən erməni əsgərlərinin sayının 4750 nəfərdən çox olduğunu bildirirdi. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan hökuməti məlumatları təsdiq etməsə də, son günlər açıqlanan rəqəmlər təkcə, İrəvanın 3000 nəfərdən cox ölü əsgərinin olduğunu təsdiqləyib. Dağlıq Qarabağdakı separatçıların ayrıca itkisi isə 2000 nəfərə yaxındır.

Lakin Ermənistanda yayımlanan tanınmış Politik.am saytı hakimiyyət dairələrinə istinadən daha bir faktın üstünü açıb. JAMAZ.İNFO həmin sayta istinadən xəbər verir ki, hazırda Ermənistan Ordusunun itkin düşən əsgərlərinin sayı 1400 nəfər təşkil edir. Amma bu da son deyir. Politik.am erməni hökumətinə istinadən xəbər verir ki, hazırda döyüş bölgəsindən toplanmış 700 əsgərin kimliyini müəyyən etmək mümkün deyil. “Hökumətdəki mənbələr bildirir ki, itkinlərin sayı 1400 nəfərdən çoxdur. Onların sağ olması real deyil. Döyüş bölgəsindən toplanılmış 700 meytin isə kimliyini müəyyən etmək mümkün deyil. Hazırda həmin meyitlər morqlardadır və onların sahiblərini müəyyənləşdirmək üçün araşdırmalar aparılır”.

Saytın yazdıqlarından belə başa düşülür ki, hal hazırda Ermənistan Ordusu və Qarabağdakı erməni separatçılarının itkilərinin sayı toplam 7000 nəfərdən çoxdur. Lakin rəsmi İrəvan bu məsələ ilə bağlı hələlik süsmağa üstünlük verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button