Azərbaycan ordusunun yüksək rütbəli zabitləri Kəlbəcərdə minaya düşüblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış hərbi jurnalist Aqil Alışov özünün Facebook hesabında məlumat yayıb.
O bildirib ki, mina partlayışı nəticəsində yaralananlardan biri hərbi hissə komandiri, Vətən Müharibəsi qəhrəmanı polkovnik Vüqar İsfəndiyarov da var. “Minaya düşənlərdən birinin general olduğu deyilir. Allah hər birinə kömək olsun!”
Qeyd edək ki, jurnalist həmkarımızın yaydığı məlumatla bağlı rəsmi qurumlar hər hansı açıqlama verməyiblər.
Gələn son məlumatlara görə, minaya düşərək yaralananlar Quru Qoşunları Komandanı general Ənvər Əfəndiyev, N saylı briqadanın komandiri Vüqar İsbəndiyarov və gizir rütbəli bir şəxsdir. Onlar Kəlbəcərin Göyçə-Daşkəsən stikinə yaxın ərazidə minaya düşüdüyü bildirilir.
Deyilənə görə Briqada komandirinin vəziyyəti ağırdır, Gizirimiz Çiyin-qol nahiyyəsindən zədə alıb. Ənvər Əfəndiyev yüngül yaralanıb.