ManşetÖlkə içi

Səfər Mehdiyevin bacısı oğlunun istefa ərizəsi qəbul edilmədi: Cinayət işi açıla bilər

Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Səfər Mehdiyev işdən çıxarıldıqdan sonra vəzifə başına gətirdiyi adamları aradan çıxmağa çalışırlar. JAMAZ.İNFO xəbər verir ki, bu günlərdə Mehdiyevin bacısı oğlu Asiman Cəfərov da istefa ərizəsi yazaraq işdən çıxmaq istədiyini bildirib.

Məlumata görə, Asiman Cəfərov hal hazırda DGK-nın Audit Baş İdarəsində rəis müavinidir və polkonvik-leytenant rütbəsi daşıyır. Səfər Mehdiyev işdən çıxarıldığı günün səhəri isə məzuniyyətə çıxdığını açıqlayıb. Ərizəsini də həmin gün təqdim edib. Lakin onun ərizəsinə baxılmayıb. Komitənin yeni rəhbərliyi bildirib ki, bu barədə qərar yoxlamalardan sonra veriləcək.

İddialara görə, Asiman Cəfərovun işdən çıxmaqla bağlı ərizəsinin açıq saxlanması onun “Azterminal” İstehsalat Birliydə baş verən qanunsuz hallar, korrupsiya halları, dövlət əmlakının talanması, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarında adının keçməsidir. Onun ölkədən çıxışına stop qoyulub, qoyulmadığı barədə məlumat yoxdur.

Onu da bildirək ki, Səfər Mehdiyevin bacısı oğlu gömrüyün ən varlı şəxslərindən biri sayılır. Belə ki, onun audit yoxlamalarından “salamat” çıxmaq üçün böyük məbləğli pullara ehtiyac olub.

Bundan başqa, Asiman Cəfərovun bahalı mənzillərə və avtomobillərə sahib olması da təsdiqlənir. Hazırda onun istifadəsində olan şəxsi “Toyota Land Cruiser” markalı maşınının (dövlət nömrə nişanı 99 CS 909) qiyməti 150 min manata yaxındır. Onun Badamdar qəsəbəsində dəyəri bir neçə milyon manat olan villasının olduğu da deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button