“Qarabağda müharibə hələ bitməyib. Sadəcə, atəşkəs elan edilib”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın prezidenti Armen Sarkisyan Qazaxıstandakı erməni icmasının nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, atəşkəs elan edilsə də, müharibə başa çatmayıb və ortada heç bir sülh sazişi də yoxdur. “Qarabağın status məsələsi işləri hara gətirib çıxaracaq, hələ məlum deyil. Nə zaman danışıqlar başlayacaq, danışıqlar necə gedəcək, Azərbaycan-Ermənistan sərhəddində vəziyyət necə olacaq, bilinmir”.
Ermənistanın prezidenti onu da deyib ki, Azərbaycan Ordusunun sərhəddə yerləşməsi, erməni hərbçilərini əsir götürməsi, qəbulolunmazdır və bununla barışmaq fikrində deyillər. “Biz vəziyyətədn çıxmaq üçün mütələq səylərimizi və gücümüzü birləşdirməliyik. Heç bir vətəndaşımız “keçmiş” və ya “indiki”, “ağ” və ya “qara”ya bölünməməlidir”.
P.S. Qeyd edək ki, Ermənistan hakimiyyətinin son günlər ritorikası ciddi şəkildə dəyişib. İstər prezident Sarkisyan, istərsə də baş nazir Nikol Paşinyanın davranışları, açıqlamaları açıq şəkildə Azərbaycana meydan oxumaqdır. Bununsa mütləq bir cavabı olmalıdır.