ManşetÖlkə içi

Ermənistanla sərhəddə atışma: Laçında mövqelərimiz atəşə tutulub

Bu gün axşam saatlarında Laçın rayonunun Zərkənd istiqamətində Ermənistan hərbçiləri Ordumuzun mövqelərini atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Əldə etdiyimiz məlumata görə, hadisə ermənilərin yaşadığı Kut (Zərkənd) kəndinin sakinlərinin hərəkətinə görə baş verib. Belə ki, erməni kəndlilər heyvanıarını postlarımızdan keçirərək, ərazilərimizdə otarmaq istəyiblər. Onlara iki dəfə xəbərdarlıq edilib. Lakin ermənilər buna əhəmiyyət verməyib. Bundan sonra əsgərlərimiz erməni çobanları zorla ərazilərimizdən uzaqlaşdırıb.

Həmin məlumata görə, erməni çobanlar bunu hərbçilərə deyiblər. Düşmən sakit dayanmayaraq, mövqelərimizi atəşə tutub. Düşmənə layiqli cavab verilib, itki yoxdir.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Düşmən ənənəvi olaraq, Azərbaycanı “günahkar” bilib. Rəsmi Bakı isə hələ də açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button