
Bu gün Ermənistanın Basarkeçər rayonuna məxsus Azat kəndində yerləşən hərbi hissələrdən birində yanğın baş verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Gecə saat 01:30-da başlayan yanğını səhərə qədər söndürmək mümkün olmayıb. Yanbğın hərbi hissənin mühəndis-istehkamçı bölüyünün yerləşdiyi yataqxanadan başlayıb.
İlkin məlumata görə, yanğın nəticəsində Ermənistan ordusunun 15 əsgəri ölüb. 3 əsgərin vəziyyəti isə ağır qiymətləndirilir.