CəmiyyətManşet

Ermənistan XİN-i Şuşaya səfər edən səfirlərin ölkələrinə nota verdi

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycandakı xarici ölkə səfirlərinin iyunun 10-da Şuşaya səfər etməsinə etiraz olaraq həmin ölkələrin İrəvandakı nümayəndələrinə nota verib. JAMAZ.İNFO xəbər verir ki, nazirlik həmin ölkələrin Ermənistandakı diplomatik nümayəndələrinə həmçinin xəbərdarlıq da edib.

Belə ki, Ermənistan tərəfi Şuşanı “qədim erməni torpağı” hesab etməklə yanaşı, həm də “Artsaxın mədəniyyət paytaxtı” kimi təqdim edərək, səfirlərin şəhərimizə səfərini “işğal altında olan torpaqlara qeyri-qanunu səfər” adalnadırıb. Ermənistan XİN-i hesab edir ki, bu “yolverilməzdir”. “Bütün səfirlərə çatıdırldı ki, onların Azərbaycandakı nümayəndələrinin Şuşa şəhərinə səfəri Ermənistanla münasibətlərin və ATƏT-in Minsk Qrupunun ruhuna ziddir. Biz həmin ölkələrin səfirlərinə bildiririk ki, belə addımlardan çəkinsinlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button