GündəmManşet

Ermənistan İlham Əliyevin bəyanatından narahat olub: Haray-həşir salıblar  

Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Qarabağla bağlı, o cümlədən Zəngəzurla bağlı məsələlərdən danışıb. JAMAZ.İNFO xəbər verir ki, dövləb başçısı “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” deyə bildirib.

Ölkə rəhbəri deyib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfi İlham Əliyevin bəyanatından ciddi şəkildə narahat olub. Ermənistan XİN-i bununla bağlı açıqlama yayaraq, bildirib ki, Azərbaycanın dövlət başçısının açıqlaması guya, Ermənistanın ərazi bütövlüyünə “təhdid”dir. Nazirliyin mətbuat katibi Anna Naqdalyanın sözlərinə görə, sözügedən açıqlama, həm də bölgədə sülhün yaranmasına “əngəl” ola bilər. “Belə bir bəyanatın “erməni soyqırımı” ərəfəsində verilməsi təsdüfi deyil. Azərbaycan bölgədə davamlı sülhün və sabitliyin qalmasında maraqlı deyil. Hazırda biz Cənubi Qqafqazda sülh tərəfdarı olan strateji müttəfiqlərimiz və partnyorlarımızla danışıqlar aparırıq. Ermənistan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün addımları atacaq”.

P.S. Ermənilərin belə narahat olması yaxşı haldır. İllərdir biz onlara sülh təklif edəndə, “torpaqlarımızdan çıxın” deyəndə qulaqardına vururdular. Həmin işğalçılar “sülhdın”, “regional sabitlikdən”, “ərazilərini itirməkdən” dəm vururlar. Halbuki belə bir təhlükə yoxdur və Azərbaycanın Ermənistana hər hansı bir ərazi iddiası mövcud deyil. Bu şəkildə bəyanat vermələri, daima narahat vəziyyətdə olmaları, Azərbaycandan çəkinmələri olduqca yaxşı haldır və bəlkə, bu, onlara dərs ola. Anlayalar ki, başqasının torpağında gözü olanın vurub gözünü çıxararlar, özü də ikisini birdən.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button