AraşdırmaManşet

Sabiq nazirlərdən daha biri həbs oluna bilər: Sırada Ziya Məmmədov var  

Yaxın günlərdə Azərbaycanda daha bir sabiq nazirin həbsi reallaşa bilər. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumata görə, Səlim Müslümovdan sonra həbsi gözlənilən keçmiş nazir Ziya Məmmədov ola bilər. İddialara görə, Ziya Məmmədovla bağlı hüquq mühafizə orqanları ilkin araşdırmalar başlayıb və əldə olunan sübutlara əsasən cinayət işi açılacaq.

Mənbə qeyd edir ki, Ziya Məmmədovun həbsi üçün hazırlıqların başlanmasının təkcə korrupsiya ilə bağlılığı yoxdur. Həmçinin işin içində siyasi motivlərin olduğu da iddia olunur. Lakin mənbə həmin siyasi motivlərin konkret nədən ibarət olması barədə heç nə deməyib.

Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov bir müddət əvvəl mətbuata açıqlamasında demişdi ki, o, ibadət edir, şer yazır və heyvandarlıqla məşğuldur. Hətta vurğulamışdı ki, o, siyasətlə məşğul olmur.

Lakin gedişat və gələn xəbərlərdən belə məlum olurdu ki, Ziya Məmmədov heç də sakit oturmayıb. Hətta onun bir xeyli əvvəl AMEA prezidenti Ramiz Mehdiyevlə çox yaxın münasibət qurduğu, habelə Ucarda və Göyçaydakı villasında qapalı görüşlər keçirdiyi bildirilirdi. Bundan başqa, Ziya Məmmədovun qardaşı, hazırda AMEA-da işləyən Elton Məmmədovun da bir sıra məsələlərə qarışdığı bildirilirdi.

Güman etmək olar ki, hakimiyyət dairələri bu yaxınlaşma və fəaliyyətlərdən narahat olublar. Və narahatlıqları üçün səbəblər də az olmayıb. Lakin bu narahatlıq və fəaliyyətlərin konkret olaraq nədən ibarət olması qaranlıq olaraq qalır. Hər halda zaman içində bu qaranlışın da üzərinə gün düşəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button