ManşetÖlkə içi

Ermənilərin “Girdman-Şirvan-Naxçıvan” adlı təşkilat da varmış

Ermənistanda “Girdman-Şirvan-Naxçıvan” adlı təşkilat varmış. JAMAZ.İNFO xəbər verir ki, həmin təşkilatın iddiası budur ki, Girdiman çayı boyunca bütün ərazilər, habelə Şirvan və Naxçıvan Ermənistan “ərazisidir”.

Dünən bu “təşkilat” bəyanat yayaraq, Azərbaycandan Laçın yolunu açmağı da “tələb” edib. Hətta beynəlxalq təşkilatlara da müraciət ediblər ki, məsələni diqqətdə saxlasınlar.

P.S. Heç bir xalq ermənilər qədər nağılbaz, xəyallarla yaşayan, utopik, saxta tarixin əsirinə çevrilmiş olmayıb. Özlərindən bir “tarix” uydurub, bütün bölgəyə iddia edirlər. Guya ki, “qədim”dirlər. Halbuki ermənilərin Qafqaza gəliş tarixi elə də uzaq dövrü əhatə etmir. Hətta Qarabağda onların bu bölgəyə köçməsinin 150 illiyini əks etdirən abidə də sovet vaxtı qoyulmuşdu. İndi adamlar Şirvana və Naxçıvana iddialarından əl çəkmirlər. Görünür, “erməni xəstəliyi” getdikcə metastaz verir.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button