GündəmManşet

Ermənilər şokda: Ordumuz Ağdərədə postlarımızı daha 400 metr irəli çəkdi

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Ordusu Ağdərə istiqamətində postlarını qabağa çəkiblər. Belə ki, Ağdamın Sırxavənd kəndi yaxınlığındakı postlarımızı 370 metr irəli çəkdikdən sonra Vəng-Heyvalı (Drambon) yolu tam nəzarət altına alınıb. JAMAZ.İNFO xəbər verir ki, bu hadisədən sonra ermənilər hay-küy salaraq, rus sülhməramlılarına müraciət ediblər. Lakin ruslar onlara bildirib ki, məsələ onlarlıq deyil və problemi sülhməramlıların rəhbəri ilə Azərbaycan tərəfi həll edə bilər. Həmin vaxt Azərbaycan hərbçiləri isə bildiriblər ki, onlar komandanlığın əmrlərini icra edirlər.

JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında isə Azərbaycan Ordusu sözügedən istiqamətdə postlarımızı bir qədər də irəli çəkiblər. Hazırda Ağdərənin rəhbəri olan Ayk Baxşiyan bildirib ki, vəziyyət kritik şəkil alıb. Onun sözlərinə görə, belə davam edərsə, kəndi boşaltmaq məcburiyyətində qalacaqlar. O, həmçinin Azərbaycan tərəfi ilə danışıq aparmaq cəhdləri baş tutmadığını da deyib. “Gözləyirik ki, geri çəkilsinlər. Bu gün də aprelin 25-də olduğundan bir qədər çox (370 metr) irəliləyiblər. Azərbaycan hərbçiləri bizə deyirlər ki, postların irəli çəkilməsi komandanlığın əmridir və onlar da əmri yerinə yetirirlər”.

Qeyd edək ki, Qarabağdakı rus sülhməramlıları məsələyə qarışmayacaqlarını bəyan ediblər. Onlar bu addımın razılaşdırıldığını qeyd ediblər.

JAMAZ.İNFO xəbər verir ki, məsələ ilə bağlı danışan ekspert Asif Nərimanlı deyib ki, Ordumuzun Ağdərə istiqamətində irəliləməsinin üç səbəbi ola bilər. O, birinci səbəb kimi, Sırxavənd kəndi istiqamətindəki postlarda sülhməramlılar olmamasını və Azərbaycan Ordusunun da bu səbəbdən mövqelərini irəli çəkdiyini düşünür. İkinci səbəb kimi isə son proseslər fonunda bu addımın erməni qoşunlarının çıxarılması bəndini hələ də yerinə yetirməyən Rusiyaya xəbərdarlıq ola biləcəyini düşünür. “Azərbaycan, razılaşma yerinə yetirilməsə, irəliləyəcəyinin mesajını verir”.

Nərimanlının sözlərinə görə, bir başqa səbəb də razılaşma bəndlərinin (xüsusilə 4-cü bənd) tam yerinə yetirilməsi prosesini tezləşdirməkdir. “İstəklərimizi qəbul etdirmək məqsədilə kiçikçaplı anti-terror əməliyyatı istisna deyil. Yeni mövqelər məhz əməliyyat şəraitinin optimallaşdırılması üçün lazımlıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button