AraşdırmaManşet

Ermənilər niyə isterika içindədirlər: Hansı müharibədən söhbət gedir?

Təkcə Ermənistan deyil, eyni zamanda bəzi beynəlxlaq təşkilatlar isterika içindədirlər. Məsələ isə onunla bağlıdır ki, hər iki tərəf Azərbaycanla Ermənistan arasında müharibənin hər an başlaya biləcəyi barədə xəbərdarlıq edirlər.

JAMAZ.İNFO xəbər verir ki, Lemkin İnstitutu dünən bəyanat yayaraq, yaxın günlərdə və ya həftələrdə Azərbaycanın Ermənistana hücum edə biləcəyini və bundan ciddi narahat olduğunu bildirib.

Bu gün isə ABŞ Dövlət Departamenti məsələ ilə bağlı açıqlama yayaraq, qeyd edib ki, “Ermənistanın suverenliyi və ərazi bütövlüyünün hər hansı pozulmasının ciddi nəticələri olacaq”.

Lakin Ermənistanın bir çox hərbi ekspertləri də “yaxalarını cırırlar”. Onlar “həyəcan təbnili” çalaraq, Ermənistanı təcili müharibəyə hazırlaşmağa çağırırlar. JAMAZ.İNFO bildirir ki, belə hərbi ekspertlərdən biri də Van Hambardzumyandır. O, özünün Facebook hesabında yazır ki, Ermənistanın Silahlı Qüvvələri təcili olaraq birinci döyüş hazırlığı vəziyyətinə gətirilməli və Azərbaycan ilə bütün təmas xətti boyunca səfərbər edilməlidir. “Azərbaycan və Türkiyə Ermənistana qarşı müharibəyə hazırlaşır. Ermənistanda ümummilli hərbi xidmətə çağırış elan edilməlidir. Keçmiş Dağlıq Qarabağın “müdafiə ordusu”nun şəxsi heyətindən təcili olaraq Ermənistan Silahlı Qüvvələrinin tərkibində yeni hərbi hissə – Ordu Korpusu yaradılmalıdır. Onlar da təcili olaraq Azərbaycanla təmas xəttinin yaxınlığında yerləşdirilməlidir. Təcili olaraq Ermənistanın bütün şəhərlərində, qəsəbələrində, icmalarında, bütün küçələrdə, həyətlərdə, ictimai yerlərdə sığınacaqların təchiz edilməsinə başlanılsın və hava hücumu siqnalları quraşdırılsın. Dağlıq Qarabağın bütün güc strukturlarının əməkdaşları, mülki işçilər, Ermənistanın Təhlükəsizlik və Müdafiə sektorunun zabitləri təcili olaraq cəlb edilsin”.

Amma bu isterika içində olanlar təkcə, Hambardzumyanla yekunlaşmır. Türkoloq Varujan Qeqamyan da eyni ağıldadır. O, Yerkir.am saytına deyib ki, “Zəngəzur dəhlizi”nin əldə edilməsi Türkiyə və Azərbaycan üçün prioritet olmaqda davam edir. “Bu Türkiyə-Azərbaycan anlayışında birbaşa yol deyil, Sünikin tədricən fəthində ilk addımdır. “Zəngəzur dəhlizi” iki türk dövlətinin başçıları tərəfindən irəli sürülən və Sünikə hücuma hazırlıq kimi qəbul edilməli olan ictimai gündəmə çevrilib. Bu, heç vaxt iqtisadi layihə olmayıb, söhbət iqtisadi gəlirdən getmir. Bu, sırf geosiyasi proqramdır . Bunu sərfəli proqram kimi təqdim etməyə çalışsalar da, Ermənistan iştirak etməməklə heç nə itirmir. Həmin dəhliz Ermənistan ərazisindən keçsə, mövcud olacaq. Əgər İran ərazisindən keçirsə, bu, çoxdan mövcud olan adi yoldur”.

P.S. Əvvəla, iki ölkə arasında müharibənin başlanması üçün konkret əlamətlər olmalıdır. Digər tərəfdən, bu bir neçə günlük hazırlıqla bitən bir işdə deyil. O səbəbdən də erməni tərəfinin açıqlamaları Azərbaycana şər atmaq, şantaj etmək kimi başa düşülməlidir. Çünki Azərbaycan faktiki olaraq, Ermənistanla sərhəddə heç bir qoşun yığmır. Halbuki müharibənin birinci şərtlərindən biri də Ordunun döyüş ərazisinə dilokasiyasıdır. Üstəlik,  Ermənistanın baş naziri Nikol Paşinyan dab u yaxınlarda bildirdi ki, Azərbaycan sərhəddə qoşun yığmır, hər hansı risk də yoxdur.

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair danışıqlar gedir. Nikol Paşinyan Naxçivana yolun açılmasına etiraz etmədiyini bildirib. Bu gün isə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov qeyd edib ki, Ermənistandan nəqliyyat-kommunikasiya məsələləri ilə bağlı müsbət mesajlar gəlir.

Bir məqamı da qeyd edək ki, Azərbaycanın iki əsas rısmisi Zəngəzur məsələsi ilə bağlı açıqlama verib. Onlardan biri Prezidentin müşaviri Elçin Əmirbəyovdur ki, o, “Politico” jurnalına müsahibəsində bəyan edib ki, Azərbaycan Zəngəzuru Ermənistanın ərazisi hesab edir. Digəri isə dövlət başçısının müşaviri Hikmət Hacıyevdir ki, o da eyni jurnala açıqlamasında qeyd edib ki, Ermənistanın davranışları və yolu açmaması səbəbindən Zəngəzur Dəhlizi Azərbaycanın marağını çəkmir və dəyərdən düşüb.

Bütün bunların fonunda, bir qrup adam və təşkilatın isterikaya düşməsi, müharibənin başlayacağı ilə bağlı yalanlar yayması anlaşılan deyil. Aydın məsələdir ki, bu xəbərləri və fikirləri yayanların konkret məqsədləri var və onlar bu tip yalanlarla Azərbaycana qarşı kampaniya təşkil etməyi düşünürlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button