Ermənistan müxalifəti bu gün İrəvandakı “Fransa” meydanında keçirdiyi aksiyada Qarabağ məsələsinin hansı formada həll edəcəkləri barədə iştirakçıların suallarını cavablandırıblar. JAMAZ.İNFO xəbər verir ki, “Hayastan” blokundan olan deputat Armen Rüstəmyan proqramlarını açıqlayıb.
O deyib ki, ilk proses Qarabağın statusu ilə bağlıdır. “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu mümkün deyil”.
Növbəti mərhələ isə “Qarabağın anklav vəziyyətindən” çıxarılmasıdır. “Aydın məsələdir ki, Ermənistanla quru sərhəddi və əlaqəsi olmasa, Qqarabağda erməniləri qorumaq və oradan köçünün qarşısını almaq mümkün olmayacaq”.
Rüstəmyan üçüncü bənd kimi, üç əsas komponentdən bəhs edib. “Birincisi, Qarabağın təhlükəsiziliyi və müdafiəsinin elə Qarabağdakı “müdafiə qüvvələri” tərəfindən təmin edilməsidir. Biz müdafiə ordusunun gücləndirməliyik. İkincisi, Ermənistan Qarabağaın təhlükəsizliyinin təminatçısı olaraq qalmalıdır. Bu prosesdə biavasitə iştirak etməlidir. Üçüncü mərhələ isə Rusiya sülhməramlılarının Qarabağda müddətsiz qalmasıdır. Qarabağın real təhlükəsizliyinə zəmanət verilməyən qədər onlar orada qalmalıdır”.
P.S. Qeyd edək ki, erməni müxalifəti xəyallarla yaşayır. Əvvəla, Qqarabağa hər hansı status verilməyəcək. Bunu Bakı dəfələrlə bəyan edib. İkincisi, Qarabağda hər hansı qanunsuz silahlı dəstələr mövcud olacaqsa, onların məhvi üçün Azərbaycan Ordusu lazım olan bütün addımları atacaq. Hətta buna cəhd etsələr belə, başlarını əzmək elə də çətin olmayacaq. Üçüncü məsələ kimi, qladıracaqları rusların Qarabağda müddətsiz qalması prosesi də mümkün deyil. Çünki üçtərəfli razılaşmaya əsasən onların müddəti 5 ildir və Azərbaycan bu müddətdən artıq rusların orada qalmasına razılaşmayacaq.
Nəhayət, “Qarabağın Ermənistanla quru sərhəddə” malik olması da xəyaldan başqa bir şey deyil. Bu gün Azərbaycan humanistlik nümayiş etdirib, Laçın dəhlizini açıq saxlayırsa, bu o demək deyil ki, həmin dəhliz ölkə ərazisi deyil. Və Bakı istənilən vaxt həmin dəhlizi bağlaya bilər. Bu barədə Ermənistana xəbərdarlıq belə edib.
Yəni, erməni müxalifəti, erməni cəmiyyəti növbəti müharibə istəyirsə, biz buna hazırıq. Lakin bu dəfə 44 günlük müharibədən fərqli olaraq, ermənilər daha dəhşətli itkilər vermiş olacaqlar.