ManşetSosial

Gömrük işçiləri vətəndaşın şəxsi istifadəsində olan mobil telefonu müsadirə ediblər –ŞİKAYƏT

Şikayətçi Vüsal Mərdanov dövlət başçısına müraciət edərək, üzləşdiyi problemin həllində ondan yardım istəyib. JAMAZ.İNFO xəbər verir ki, hadisə 27 aprel 2022-ci il tarixdə baş verib.

Belə ki, Vüsal Mərdanovun həmin gün Dubaydan Bakıya gələrkən 04 aprel 2022-ci il tarixdə aktivləşdirilərək istifadəsində olan, 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasında rüsumunu ödəyərək qeydiyyatdan keçirdiyi Iphone 13 Pro Max markalı, 350019043447362 imei kodlu telefonu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq əlindən alıblar. “Bu barədə qanunsuz akt tərtib edərək şəxsi telefonumu anbara qoydular. Bildirdilər ki, bu qanunsuz hərəkət barədə göstərişi general (əslində polkovnik olan, ancaq özünə general deyə müraciət etdirən) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov verib”.

Şikayətçi bildirir ki, baş vermiş qanunsuz hərəkətlə bağlı dəfələrlə müraciət etsə də, ona bildiriblər ki, bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz. “Gömrük əməkdaşlarının bu beyin düşüncəsinin necə formalaşdığını deyə bilmərəm. Ancaq insanların şəxsi istifadəsində olan əşyalardan gömrük rüsumu tutula bilməz. Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının 1.3.7.  və 1.5. bəndlərinə əsasən şəxsi istifadədə olan əşyalara gömrük rüsumunun alınması qadağan oldunduğu halda, gömrük əməkdaşları Mehman Sadıqovun göstərişi ilə H.Əliyev adına Hava Limanında insanları talamaqla məşğuldurlar”.

Vüsal Mərdanov telefonunun qaytarılmasına, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi polkovnik (özünə general dedirtdirən) Mehman Sadıqovun fəaliyyətinin araşdırılmasına göstəriş verilməsini xahiş edib.

Qeyd edək ki, Gömrük Komitəsi ilə bağlı son zamanlar şikayətlər xeyli artıb. Xüsusən də qanunsuz hərəkətlərindən dolayı şikayət edənlər hara müraciət edəcəklərini belə bilmirlər. Çünki etdikləri şikayətə baxan olmur. Gömrük Komitəsi isə baş verən hadisələri nə araşdırır, nə də onunla bağlı tədbir görür.

Hələ bir neçə gün əvvəl də sahibkarlardan biri komitənin binası önündə aksiya keçirmək məcburiyyətində qalmışdı. Onu bu addımı atmağa vadar edən hadisə isə xaricdən gətirdiyi mallara görə, nəzərdə tutulandan daha artıq rüsum tələb olunması idi.

Hava Limanında Gömrük Baş İdarəsində də anloji hallar yaşanır. Onlar da xaricdən özü üçün telefon gətirən adamların şəxsi əşyalarını belə əllərindən almaqdan çəkinmirlər. Səbəb isə cəzasızlıq mühiti, özbaşınalıq və ayrı-ayrı məmurların kimlərinsə adamı olması səbəbindən arxayınlığıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button