ManşetÖlkə içi

Mariya Zaxarova: “Avropa Birliyi Bakı-İrəvan-Moskva arasında üçtərəfli razılaşmalara müdaxilə edir”

“Moskva Avropa İttifaqının Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli sazişlər prosesinə ən yüksək səviyyədə müdaxilə etmək üçün davamlı cəhdlərini müşahidə edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bəli, biz Aİ-nin üçtərəfli sazişlər prosesinə ən yüksək səviyyədə müdaxilə etmək üçün davamlı cəhdlərini görürük, Brüsselin istəsə, onların həyata keçirilməsinə kömək edəcəyini, geosiyasi oyunlara getməyəcəyini gözləyirik. Lakin biz bunu istəmirik” deyə, o, bildirib.

Zaxarova qeyd edib ki, Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, bu prosesi təşviq etməkdir. “Bu yolda əsas vəzifələrdən biri davamlı sülhün bərqərar olması üçün İrəvan və Bakı arasında münasibətlərin hərtərəfli normallaşdırılmasıdır. Bu istiqamətdə səylərin əsasını dəfələrlə danışdığımız və ardıcıl olaraq həyata keçirilən liderlərin üçtərəfli razılaşmaları təşkil edir. Rusiya İrəvan və Bakıya bütün istiqamətlərdə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, ictimai əlaqələrin qurulması və sülh müqaviləsinin hazırlanmasında kömək edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button