ManşetSiyasət

Erməni deputat: “Sülh sazişi imzalana bilər, amma şərtimiz var”

“Ermənistanla Azərbaycan arasında sənədin imzalanması bir neçə amildən asılıdır. Söhbət ilk növbədə Ermənistanın milli maraqlarının necə qorunacağından gedir”.  JAMAZ.İNFO xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.

O, bu ilin sonuna qədər sənədi imzalamaq mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq deyib: “Mən nə bəli, nə də yox deyə bilərəm. Çünki imza atmaq hər iki tərəfdən asılıdır. Konkret Ermənistan üçün bu, onun qırmızı xətlərinin müşahidə edilib-edilməməsindən asılıdır. Qırmızı xətlərimizin pozulması şəraitində biz sənədi imzalaya bilmərik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button