ManşetSiyasət

Erməni deputat Bakıya gəlmək istəyir: “Sahibə Qafarovaya məktubla müraciət edəcəm”

Ermənistan parlamentinin deputatı, “Şşərəfim var” fraksiyasının üzvü Hayk Mamicanyan sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya məktubla müraciət edəcəyini açıqlayıb.

JAMAZ.İNFO xəbər verir ki, o, bu addımı hazırda Azərbaycanda həbsdə olan erməni diversantları görmək məqsədi ilə atacağını deyib. “Bildirmək istəyirəm ki, sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya rəsmi məktub yazaraq, Azərbaycanda həbsdə olan soydaşlarımızı görmək, onların səhhəti və şəraiti ilə tanış olmaq xahişi ilə müraciət edəcəyəm”.

O bildirib ki, məktub barədə MDB, AŞ və Avronest parlament assambleyalarının prezidentlərini, Avropa Parlamentinin prezidentini, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini də məlumatlandıracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button