İqtisadiyyat

Azərbaycan Avropa İttifaqı ilə Anlaşma Memorandumu imzaladı

Bu gün, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.

Anlaşma Memorandumun imzalanmasın mərasimindən sonra liderlər bəyanatlarla çıxış ediblər.

Ursula Fon der Lyayen bildirib ki, memorandum Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək:

“Bu sənəddən üç məqamı xüsusi qeyd etmək istərdim. Birincisi, biz Azərbaycandan Aİ-yə təbii qaz nəqlini artırmağı planlaşdırırıq. Bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, Aİ üçün çox vacib təchizat marşrutudur. Biz yaxın bir neçə ildə onun ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq niyyətindəyik.

Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.

Nəhayət, təbii qaz sahəsində əməkdaşlığımız ətraf mühitin qorunması üzrə öhdəliklərimizə uyğun olmalıdır”.

o həmçinin qeyd edib ki, Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir: “İqtisadi əlaqələrimizi gücləndirək, insanları bir-birinə daha da yaxınlaşdıraq. Əlaqəlilik burada həlledici olacaq”.

Öz növbəsində İlham Əliyev bildirib ki, Azərbaycan və Aİ arasında enerji dialoqu bir çox sahələri əhatə edir.

Prezident Azərbaycan və Aİ arasında enerji əməkdaşlığını “proqnozlaşdırıla bilən və etibarlı” kimi qiymətləndirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button