“Azərbaycanla sülh hərbi-siyasi tarazlıq bərpa olunandan sonra mümkündür. Bakı ilə sülh bağlamaq nəinki səhv deyil, həm də son dərəcə təhlükəlidir. Yəni düzgün siyasət, geopolitik siyasət aparmalı, stresli vəziyyətdən çıxmalı, ordunu yenidən gücləndirməliyik. Bizim başqa variantımız yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı erməni terrorçuların nümayəndəsi David Babayan deyib.
O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesini bərpa etməyə çalışırlar. “Hazırda prosesinin bəzi detallıarı ilə bağlı danışıqlar gedir. Amma bu müzakirələr əsasən Azərbaycan-Ermənistan münasibətlərinə yönəlib. Ümid edirik ki, Azərbaycan-Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar yenidən bərpa olunacaq”.
Babayan bildirib ki, Qarabağın Azərbaycanın tərkibində hər hansı səviyyədə statusu onlar üçün qəbuledilməzdir. “Azərbaycanın tərkibində hər hansı status mümkün deyil. Amma ümumi nizamlama, status məsələsinin müzakirəsi olmalıdır, o danışıqlar bərpa olunmalıdır. Reallıq budur ki, statusla bağlı irəliləyişin olacağına heç bir ümidimiz yoxdur”.