“Şuşa şəhərinin yaxınlığında yerləşən Çaylaqqala kəndində 100-150 nəfərə yaxın erməni əsgəri Azərbaycan Ordusu tərəfindən əsir götürülüb”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Şirak vilayətinin Sarapat rayonunun rəhbəri Artuş Manukyan açıqlama verib.
O bildirib ki, əsir götürülən əsgərlər Ermənistanın Şirak vilayətindən getmiş hərbi hissənin qulluqçularıdır. “Bizim bildiyimiz odur ki, həmin əsgərlər Sarapat rayonundakı hərbi hissənin qulluqçularıdır. Hələlik rəsmi heç bir xəbər əldə edə bilmirik”.
Manukyan deyib ki, rus sülhməramlıları hadisədən sonra dərhal əraziyə gediblər. Onların Azərbaycan tərəfi ilə danışıqlar aparıldığı bildirilir. “Məlumatı dəqiqləşdirmək və əsir götürülənlərin adlarını müəyyən etmək üçün araşdırmalara başlamışıq. Dünən gecə qubernatorla görüşdük, həmçinin bu səhər də bir araya gəldik. Qubernator generalla danışdı və oradan bildirdilər ki, Şirakdakı hərbi hissədən gedən əsgərlər əsir düşüb və onların geri alınması üçün rus sülhməramlıları danışıq aparır”.