DünyaManşet

İtkin düşənlərin valideynləri Müdafiə Nazirliyinə hücum etdi, qapını sındırdılar

Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərin valideynləri İrəvanda Ermənistan Müdafiə Nazirliyinə hücum ediblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumatda deyilir ki, övladlarının aqibəti barədə xəbər tələb edən valideynlər onların sözünü dinləməyən nazirliyin əməkdaşlarına hücum ediblər. Ermənistan MN-in əməkdaşları binaya çəkilərək qapını bağlasalar da, valideynlər həmin qapını sındırıb Nazirliyə daxil olublar.

Gələn son xəbərlərə görə, Ermənistanın Şirak əyalətində də vəziyyət gərginləşib. Belə ki, itkin düşən erməni əsgərlərinin ailələri bu əyalətdə də etiraz aksiyalarına başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button