Qarabağda yerləşmiş rus sülhməramlılarının yaratdığı qaynar xəttə təkcə, dünən 440 telefon zəngi edilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sülhməramlıların nümayəndəsi, general-mayor İqor Konaşenko məlumat verib.
O bildirib ki, yaradılmış “qaynar xəttə” dünən edilən zənglərin hamısı itkin düşmüş erməni əsgərləri ilə bağlı olub. «Rusiya sülhməramlıları müharibədə itkin düşmüş erməni əsgərlərinin adlarını dəqiqləşdirmək və onların tapılaraq ailələrinə təhvil verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Təkcə, dünən “qaynar xətti”mizə daxil olan 440 müraciətin hamısı itkin erməni əsgərləri ilə bağlı olub. Bundan başqa, 2000 nəfər qəbul edilərək, problemləri öyrənilib».