GündəmManşet

Ömər Çelikdən İrana cavab: “Azərbaycanla yaxınlığımızdan narahat olanlar…”

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər Paradında səsləndirdiyi “Ay Laçın” şeri İranda qalmaqala səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, “Ay Laçın” şerini “separatçı” adlandıran İranın Xarici İşlər naziri Məhəmməd Rza Zərif, “Heç kim bizim Azərbaycanımıza toxuna bilməz” deyərək, açıqlama yayıb.

Lakin məsələ bununla yekunlaşmayıb və ardından iranlı siyasətçilər Türkiyə prezidenti haqqında xoşagəlməz ifadələrdən istisfadə ediblər. Bundan başqa, Türkiyənin Tehrandakı səfiri İran XİN-nə çağırılıb. Hətta hakimiyyətə yaxın yerli qəzetlərdə belə Ərdoğanı hədəfə alan karikaturalar dərc etdirməklə, münasibətləri gərgin hala gətiriblər.

JAMAZ.İNFO xəbər verir ki, Türkiyə tərəfi təhqirlərdən dolayı İranın Ankaradakı səfirini XİN-ə dəvət edərək, etirazını bildiriblər. Bu gün isə hakim AKP-nin sözçüsü Ömər Çelik Tehranın davranışlarına münasibət bildirib. “İranın üz-üzə qaldığı sanksiyalar və embarqolar qarşısında hamı susarkən, səsini yeganə qaldıran bizim prezidentimiz idi. Dövlət başçımız həmişə qardaş İrana edilən haqsızlıqlara qarşı çıxıb. Bəzi iranlı siyasətçilərin Ərdoğan haqqında çirkin dillə danışmasını qınayırıq. Bu iranlı siyasətçilər İranı hər zaman dost və qardaş bilən prezidentimizlə, İranın düşmənlərini bir birinə qarışdıracaq qədər istiqamətlərini itiriblər”.

Ömər Çelik daha sonra məsələnin əsas istiqamətini göstərərək, bunu diplomatik bir dildə sərgiləyib. “Gün, Azərbaycan qardaşlarımızın işğaldan qurtardığı torpaqlarını azad etməsinə sevindiyimiz, sevinənlərlə yan-yana durduğumuz gündür. Bundan narahat olanlar zehniyyətlərindəki öz əqli təhriflərini sərgiləmiş oldular”.

AKP sözçüsü sonda bəyan edib ki, Türkiyə prezidenti hər zaman haqlının yanında yer alıb və haqsızlığa qarşı çıxıb. “Ermənistan işğalına qarşı Azərbaycanla birlikdəyik. Haqsızlığa qarşı qardaş İranın da haqqını qorumağa davam edəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button