
Ermənistan tərəfi iddia edir ki, bu gün saat 10:50-də Arazdəyən (Yersax) kəndi istiqamətindəki mövqeləri atəşə tutulub. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi atəşin Azərbaycan tərəfindən atıldığını bildirib.
Hadisə nətiəcəsində bir erməni əsgərinin yaralandığı qeyd edilir. E.Ş adlı həmin hərbçinin vəziyyətinin ağır olduğu deyilir.
Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinin məlumatını təkzib edib. “Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. Bu xəbəri qəti şəkildə təkzib edirik”.
Bildirək ki, Arazdəyən kəndi Naxçıvanla sərhəddə yerləşir.