Ermənilər 44 günlük müharibədə itirdikləri hərbi texnika və silahlarla bağlı ilkin məlumatların bir qismini açıqlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatlar müharibənin ilk 24 gününü əhatə edir və “Bayraktar TB2” ilə məhv edilmiş texnikalara aiddir.
Həmin məlumata əsasən Azərbaycan tərəfinin müharibədə aktiv şəkildə istifadə etdiyi “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatları döyüşlərin ilk 24 günündə düşmənin 114 tankını, 43 zirehli texnikasını, 141 artilleriya qurğusunu (bura bütün artilleriya növləri daxildir), 42 Havadan Müdafiə Sistemi və Radiolakasiya Sistemlərini, 249 hərbi təyinatlı avtomobilini və silah-sursatla dolu 44 anbarınıl məhv edib.
Erməni ekspertləri bildirirlər ki, belə bir dəhşətli itkilərin yaranmasının əsas səbəbi Qarabağdakı RLS sistemlərinin qısa müddətdə sıradan çıxarılması olub.
Qeyd edək ki, Ermənistan tərəfi 44 günlük Qarabağ müharibəsində Azərbaycana məxsus olan cəmi 9 ədəd PUA vura bildiklərini bildiriblər.
Xatırladaq ki, Azərbaycan tərəfi 44 günlük müharibədə düşmənin məhv edilmiş texnikası, digər hərbi təyinatlı vasitələrinin sayını burada qeyd olunan rəqəmlərdən iki dəfə çox olduğunu bəyan edib. Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərdə ermənilərin 300-ə yaxın tankının, 250-dən çox artilleriya qurğusunun, habelə 50-dən çox HMS və RLS-in və 400-dən çox avtomobilinin məhv edilidiyini qeyd edilir. Bundan başqa, xeyli sayda hərbi texnika və silahın qənimət götürüldüyü də məlumdur.