Sosial

Şəhid xanımına ƏƏSMN-dən cavab gəldi: “Göndəriş əsasında müvafiq qərar veriləcək”

Xəbər verdiyimiz kimi, ötəh həftə Zaqatala rayon, Qımır kənd sakini, Birinci Qarabağ Mmüharibəsi zamanı Şəhid olmuş İsgəndər Məmmədovun həyat yoldaşı Əsbət Məmmədova Birinci Vitse-Prezident Mmehriban Əliyevaya müraciət etmişdi. JAMAZ.İNFO xəbər verir ki, həmin müraciətində Əsbət Məmmədova II qrup əlil olduğunu, hazırda bir neçə xəstəlikdən əziyyət çəkdiyini bildirmiş və ƏƏSMN-in yerli şöbəsinin “yuxarıdan” gələn tapşırıq əsasında aldığı pensiyasının dayandırıldığını qeyd etmişdi.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən həmin müraciətə cavab gəlib. Agentlikdən bildiriblər ki, məsələ onların nəzarətindədir. “Zaqatala rayon sakini Məmmədova Əsbət Soltan qızı 2012-ci ildən ikinci dərəcə əlilliyi var. Sonuncu müraciətinə əsasən vətəndaşa 12.07.2016-09.07.2021 tarixlərində 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilib. Hal-hazırda Əsbət Məmmədovanın aktiv 2-ci dərəcə əlilliyi var. Vətəndaşın əlillik müddəti başa çatdıqdan sonra əlillik müddətinin uzadılması üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsindən Əlillik Altsisteminə yeni forma 88 daxil edilməlidir. Göndəriş əsasında şəxsin əlilliyi ilə bağlı müvafiq qərar veriləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button