İqtisadiyyatManşet
Azərbaycanla Avropa İttifaqı arasında enerji müqaviləsi imzalanacaq
İyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji memorandiumu imzalanacaq. JAMAZ.İNFO bildirir ki, bu barədə xəbəri Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat katibi Stefano Qrassi verib.
O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq memorandum öz əhəmiyyətinə görə, “çox mühüm müqavilə olacaq”.