Siyasət

Meriya “yox” dedi, aksiyanın vaxtı dəyişdirildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mili Şura üzvü Tofiq Yaqublunun iyulun 13-də quru sərhədlərin açılması tələbiylə Nazirlər Kabinetinin önündə aksiya keçirmək müraciətinə rədd cavabı verib. Bu barədə T. Yaqublu özünün sosial media hesabında yazıb.

“Bakı Şəhər İH mənim 13.07.22 tarixində “Ölkənin quru sərhədlərini açın” tələbilə Nazirlər Kabineti binası qarşısına təyin etdiyim piketə çox operativ qaydada rədd cavabı verdi.  Formal olaraq doğru səbəb göstərilib. Müvafiq qanuna görə, bu cür aksiyalarla bağlı ən azı 5 iş günü əvvəlcədən məlumat verilməlidir.  Hərçənd ki, özlərinə lazım olanda nəinki bu tələb, heç rəsmi müraciətin olmaması da yadlarına düşmür.  Məsələ belədir ki, mən ərizəni yazanda növbəti həftənin ilk iki günün iş günləri olmadığını nəzərə almamışdım. İH-nin cavabından belə başa düşülür ki, rədd cavabı üçün səbəb təkcə tarixlə bağlıymış, başqa səbəb yoxdur və bu şərtə əməl olunsa, etiraz etməyəcəklərmiş”.

Yaqublu bundan sonra aksiya keçirmək üçün 20 iyul tarixinə daha bir müraciət ərizəsi yazdığını bildirib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi razılaşdırılmamış istənilən aksiyanın yolverilməz olduğunu bildirmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button