DünyaManşet

ABŞ qarışdı, Tramp tərəfdarlarını küçələrə çağırdı, 4 ölü, 52 yaralı, istefalar isə dayanmır

ABŞ prezidenti Donald Tramp ölkəni qarışdıracaq və qana sürükləyən addım atıb. JAMAZ.İNFO xəbər verir ki, Dünən ABŞ-da keçirilən prezident seçkilərini təsdiqləmək üçün toplanan Konqresin iclasıa mane olmaq üçün tərəfdarlarını küçələrə səsləyən Tramp bununla prosesləri xaosa gətirib çıxarıb.

Belə ki, respublikaçılar olduqlarını bəyan edən minlərlə insan “Capitoli” adlanan binanın önünə toplaşdıqdan sonra, dərhal Konqresin iclası keçirilən zala hücum ediblər. Elə vəziyyət də bundan sonra pisləşməyə başlayıb. Gələn məlumatlara görə, gecə saatlarında Konqresin yerləşdiyi binanı zəbt edən Tramp tərəfdarları, prezident seçkilərinin saxtalaşdırıldığını, Co Baydenin saxta yolla prezident seçildiyini, nəticələrin ləğv olunmasını və Donald Trampın seçildiyini bəyan ediblər.

Qeyd edək ki, Konqresin binasını qoruyan polis əməkdaşları üsyançıların qarşısını almaqda aciz qalıb. Hadisələrin ardından dərhal Vaşinqtona hərbi qüvvə gətirilib və şəhərdə Fövqəladə Vəziyyət elan edilib. Amma hadisələr bununla da yatışmayıb. Çünki Tramp tərəfdarları arasında silahlı şəxslər də olub ki, onlar nəniki polislərə, hərbçilərə də atəş açmağa cəhd ediblər. Bundan sonra qarışıqlıq düşüb və toqquşmalar nəticəsində 4 nəfər ölüb, 52 nəfər həbs edilib. Yaralı sayı barədə hələlik dəqiq məlumat yoxdur.

Maraqlı məqamlardan biri də odur ki, hadisələrlə bağlı əhaliyə müraciət edən Tramp onlardan dağlışmalarını deyil, sərt olmamalarını xahiş edib. Yəni, “küçələrə çıxın, amma polisə, hərbçilərə zor tətbiq etməyin”.

JAMAZ.İNFO xəbər verir ki, Trampın bu hərəkətlərindən sonra hökumət nümayəndələri istefa verməyə başlayıb. Belə ki, Ağ Evin mətbuat katibi Ssara Matzeyus, Ağ Evin Sosial İşlər üzrə müdiri Rik Miketa və Melana Trampın xüsusi nümayəndəsi Stefan Qrişam istefa veriblər. Lakin porsesin bununla bitməyəcəyi və yaxın saatlarda yeni istefaların olacağı da vurğulanır. Bildirilir ki, gün ərzində Dövlət Təhlükəsizlik işləri üzrə müşavir Robert Obiren, onun köməkçisi Matt Pottinger və Ağ Evin rəsmisi Kkris Lidell də istefa verməyə hazırlaşırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button