Dünya

Braziliya prezidentindən Covid-19-la bağlı şok açıqlama: “Ən yaxşı peyvənd virusun özüdür”

Braziliyanın prezidenti Jair Bolsonaro Covid-19 virusu ilə bağlı şok açıqlamalar verib. JAMAZ.İNFO xəbər verir ki, braziliyalı lider bəyan edib ki, bundan sonra o və yaxın ətrafı maska taxmayacaq.

Onun sözlərinə görə, indiyə qədər koronavirusla bağlı çoxlu fikirlər səslənsə də, onların böyük əksəriyyətində heç bir həqiqət payı yoxdur. Bolsonaro daha sonra qeyd edib ki, Covid-19-un ən yaxşı peyvəndi elə həmin virusun özüdür. “Maska taxmıram. Çünki mən artıq peyvənd olmuşam. Ən yaxşı peyvənd elə virusun özüdür”.

O həmçinin qeyd edib ki, koronavirus yoluxduğu insanı heç bir yan təsirə məruz qoymur. Braziliya prezidenti onu da deyib ki, Covid-19 peyvəndinə güvənmir. “Əgər timsaha çevrilsən, bu sənin problemindir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button