
87 yaşlı Lənkəran sakini Mirzə kişi pensiyasını aldıqdan sonra Türkiyəyə yardım etmək istəyib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Elvin Bağırov adlı Facebook istifadəçisi məlumat yayıb.
O bildirib ki, 87 yaşlı Lənkəran sakini 321 manat pensiya alır və onun 100 manatını Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım üçün göndərmək üçün müraciət edib. “”Lənkəranda yaşayan Mirzə dayının 87 yaşı var. 321 azn pensiya alır. Gəlib ki, pensiyamı almışam, Türkiyəyə dəstək üçün 100 azn ianə etmək istəyirəm. Necə qürur duymayasan?!”