ManşetSosial

Zəlzələ zonasında maraqlı olaylar: ispanlardan pul almadılar, alman xilasedici fenomen oldu

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra dünyanın hər yerindən yardımlar axır. JAMAZ.İNFO xəbər verir ki, hazırda zəlzələ bölgəsində 7000 xilasedici qrup çalışır. İndiyə qədər yüzlərlə insan dağıntılar altından çıxarılıb.

Bu əsnada yardım kampaniyasına Rişi Sunak da qatılıb. O, ayrılan yardımları qablaşdırmaq üçün oradakı heyyətlə birlikdə çalışıb.

ABŞ isə bu gün Türkiyəyə 85 milyon dollarlıq yardım çatdırıb. Əsasən ərzaq, isti geyimlər, çadır və digər zəruri məhsullardan ibarət yardım “USS George HW Bush” gəmisi ilə ünvana yetiriblər. Yardımla bərabər 161 xilasedici də bu gündən zəlzələ bölgəsində fəaliyyətə başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, bütün bunlarla yanaşı, bölgədə maraqlı hadisələr də yaşanır. Belə ki, dünən 160 nəfərlik ispan xilasedicilər maraqlı vəziyyətlə üzləşiblər. Onlar nahar vaxtı öz vəsaitləri hesabına pide almaq istəsələr də, onlardan pul götürməyiblər. “Bu yeyəcəkləri çatdırmağımız üçün bizi yolda saxladılar. Səhər yeməyi və şirniyyat üçün pul ödəməmizə icazə vermilər. Bütün insanlar təcili yardım qrupuna çevriliblər. Unutma, bu hadisənin əsas qəhrəmanları onlardır. Biz sadəcə, ümid qaynağıyıq”.

Digər maraqlı hadisə isə alman xilasedicinin davranışlarından ibarətdir. Belə ki, xilasedici dağıntılar altında Zeynəb adlı qızın səsini eşidib, dərhal onu oradan çıxarmağa çalışıb. Zeynəbi sakitləşdirmək istəyən alman xilasedici öyrəndiyi bir neçə türkcə sözlə uşağı sakitləşdirməyə nail olub. “Zeynəb, qorxma. Burdayıq. Səni oradan çıxaracağıq. Sakit ol. Ok?”

Yunanıstan mediası isə sözün həqiqi mənasında tarix yazır. Türkiyə ilə münasibətləri pis olan, hətta müharibə həddinə qədər gəlib çatan vəziyyət zəlzələdən sonra əsl dostluq səviyyəsinə qalxıb. JAMAZ.İNFO xəbər verir ki, zəlzələdən sonra Fransanın “Charlie Hebdo” jurnalında əxlaqsız karikatura yayılmışdı. Fransızlar zəlzələni göstərərək “Türkiyə dağıntılar altında. Daha tanklara gərək yoxdur” yazmışdılar.

Maraqlıdır ki, həmin karikaturaya ən mənalı və tutarlı cavabı yunan nəşri verib. Belə ki, Yunanıstanda nəşr olunan “Kathimerini” qəzeti fransızlara cavab olaraq, ağlayan Ay karikaturasını dərc ediblər.Həmin karikaturada dağılmış binaların üzərində, hilal şəkilli Ayın ağlaması təsvir olunub. Karikaturanın adı isə “Ay belə ağlayır”dır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button