Bir neçə dəqiqə bundan əvvəl Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş başlayıb. JAMAZ.İNFO xəbər verir ki, görüş qapalı qapılar arxasında keçirilir.
Görüşdən sonra mətbuata açıqlama veriləcək. Azərbaycan və Ermənistan arasında hansı sənədin imzalandığı da bu zaman məlum olacaq.