ManşetÖlkə içi

Erməni keşiş: “Tezliklə Ermənistanda Azərbaycan məscidləri tikiləcək”

“Belə davam edərsə, Allah eləməmiş bir də görəcəyik ki, müəyyən müddətdən sonra baş nazirin Azərbaycan və Türkiyə ilə münasibətləri daha da yaxşılaşıb. O zaman kadastr şəhadətnaməsi olan məscidlərin tikilməsinin şahidi olacağıq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Byurakandakı Müqəddəs Hovhannes kilsəsinin keşişi Ter Vrtanes Baqalyana məxsusdur.   

Erməni keşiş deyib ki, Paşinyan bir gün hökumətin qərarı ilə dövlətin balansındakı kilsələrdən birini Azərbaycana verə bilər. “Onlar da kilsənin yanında qanuni kadastrla minarə ucaldıb, tarixi Ermənistan ərazisində Azərbaycan məscidi tikdirirlər. Bizə də deyəcəklər: yaxşı, səsinizi çıxarmayın. Baxın, azərbaycanlıların kadastr şəhadətnaməsi var. Sənin kilsənin isə kadastr icazəsi yoxdur və o qanunsuz tikili olduğu üçün cərimə olunmalıdır. Amma indi bura azərbaycanlılar gəlib. Onlar 1 metri 1960 dramdan torpaq alaraq, qanuniləşdiriblər. Yaşayış sahəsi kimi istifadə edirlər. Nədən narazısız?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button