İqtisadiyyat
“Tender kralı” oğlunun adına milyonluq anbar və fabrik tikdirir
Azərbaycanda adı “tender kralı” kimi tanınan və yüzlərlə MMC ilə dövlət satınalmalarında müxtəlif formalarda maxinasiyalar edərək milyonçuya çevrildiyi iddia olunan Ramazan Mirzəyev Bakı şəhərində oğlunun adına anbar tikdirir. Bu barədə “xalqxeber.az” məlumat yayıb.
Bildirilir ki, Nicat Mirəzyevin adına sənədləşdirilən və Bakı şəhəri, Binəqədi rayonu 53 və 306A ünvanında inşa edilən saxlanc anbarının ərazisi 850 kvadrat metrdir.
2 həftə öncə mətbuatda “Hacı Ramazan”ın oğlu Nicat Mirzəyevin adına Binəqədi ərazisində mebel fabriki inşa etməsi ilə bağlı məlumat yayılıb.
İnşa edilən fabrikin təkcə ərazisinin dəyərinin iki milyon manata yaxın olduğu qeyd edilir.
Ramazan Mirzəyevin adı uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müxtəlif maxinasiyalarda hallanır.
Bildirilir ki, “tender kralı” Ramazan Mirzəyevə məxsus MMC-lər illərdi BŞİH-nin keçirtdiyi tenderlərin qalibi elan olunur: “Məhz bu tenderlər sayəsində Ramazan Mirzəyevin milyonçu iş adamına çevrildiyi ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib”, – xəbərdə qeyd olunur.
İcra Hakimiyyəti və adıçəkilən şəxslər xəbəri nə təsdiq, nə də təkzib ediblər.