Ölkə içi

“Gəncə məhbusları”nın yaxınları Bakıda aksiya keçirdi

Ona yaxın qadın – “Gəncə məhbusları”nın yaxınları mayın 4-də əllərində məhbusların fotoşəkiləri ilə Milli Məclis binasının qarşısına gəliblər.

Onlar “Gəncə məhbuslarına azadlıq tələb edirik!” şüarı səsləndiriblər. Etirazçılar parlament rəhbərliyi və Gəncədən olan deputatlarla görüş tələb ediblər.
“Parlament seçkilərindən əvvəl Gəncədən olan deputat Musa Quliyev deputat seçildikdən sonra övladlarımızın işi üzrə ədalətli qərar qəbul edilməsinə kömək edəcəyinə söz verib, amma o mandat alan kimi bizi unudub”, – deyə aksiya iştirakçılarından biri bildirib.
Polis əməkdaşları qadınları zorla avtobusa mindirərək parlament binasından uzaqlaşdırıblar.
2018-ci il iyulun 3-də Gəncənin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.
Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.
Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib, iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarların və digər şəxslərin kütləvi həbsi başlayıb.
Bu hadisələrlə bağlı 70 nəfərə qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilə qədər azadlıqdan məhrum edilib. Təxminən 10 nəfər şərti azadlığa buraxılıb. Səfərovun və daha 11 nəfərin işi üzrə məhkəmə 2020-ci ilin yanvarında başlayıb.
“Turan”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button