
Azərbaycanda əmanətləri sığortalanan banklar
Əmanətlərin Sığortalanması Fondu bir qədər əvvəl fəaliyyəti dayandırılan «Günay Bank»ı Fonda üzv bankların siyahısından çıxarıb və üzvlərin yeni siyahısını açıqlayıb.
Jamaz.info xəbər verir ki, bu barədə Publika.az-a Fonddan bildirilib.
Fondun açıqlamasında deyilir ki, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasının qərarına əsasən 25 oktyabr 2007-ci il tarixdə 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Günay Bank” ASC “Əmanətlərin sığortalanması haqqında” Qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanmışdır.
Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 24 may 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Reyestrə daxil olma tarixi | Bankın adı | |
1 | 30.07.07 | ASC “XALQ”Bankı |
2 | 30.07.07 | “Azərbaycan Beynəlxalq Bankı”ASC |
3 | 30.07.07 | “ACCESSBANK” QSC |
4 | 30.07.07 | Melli İran Bankı Bakı filialı |
5 | 30.07.07 | “Azər-Türk Bank” ASC |
6 | 30.07.07 | “Bank of Baku” ASC |
7 | 30.07.07 | “Bank Respublika” ASC |
8 | 30.07.07 | “Kapital Bank” ASC |
9 | 30.07.07 | “Muğanbank” ASC |
10 | 30.07.07 | “YELO BANK” ASC |
11 | 30.07.07 | “Rabitəbank” ASC |
12 | 30.07.07 | “TURANBANK” ASC |
13 | 30.07.07 | “UNİBANK” KB ASC |
14 | 30.07.07 | Yapı Kredi Bank Azərbaycan QSC |
15 | 07.08.07 | “Expressbank”ASC |
16 | 10.09.07 | “Azərbaycan Sənaye Bankı” ASC |
17 | 04.12.07 | “Bank Avrasiya” ASC |
18 | 04.12.07 | “Paşa Bank” ASC |
19 | 29.08.08 | “Naxçıvanbank” ASC |
20 | 16.01.09 | “AFB BANK”ASC |
21 | 26.02.09 | BANK VTB (AZƏRBAYCAN) ASC |
22 | 28.04.09 | PREMIUM BANK ASC |
23 | 15.04.10 | Bank “BTB” ASC |
24 | 15.05.15 | “Ziraat Bank Azərbaycan” ASC |