Dünya

Kiyevə silah verilməsinə etiraz edirdi – Amma…

ABŞ vasitəsilə Cənubi Koreyadan Ukraynaya mərmilərin gizli çatdırılması məlum olub.

Jamaz.info xəbər verir ki, Seulun Kiyevin silahlandırılmasına ilkin etirazına baxmayaraq, Cənubi Koreyanın yüz minlərlə artilleriya mərmisi gizli şəkildə ABŞ vasitəsilə Ukraynaya göndərilir. Bu barədə “The Wall Street” jurnalı (WSJ) yazır.

WSJ adı açıqlanmayan mənbələrə istinadən iddia edir ki, Ağ Ev keçən il Asiyadakı müttəfiqindən artilleriya dəstəyi istəməsindən sonra Seul mərmiləri Ukraynaya çatdırmaq məqsədilə ABŞ-a təhvil vermək üçün Vaşinqtonla “məxfi razılaşma” əldə edib.

Eyni zamanda, Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ço Tae Yonq bildirib ki, ölkə gələcəkdə yalnız Ukraynanı sursatla təmin etmək barədə düşünür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button