
İqtisadiyyat
Aİ-98 markalı benzin də bahalaşdı
Bu gündən etibarən Azərbaycanda Aİ-98 markalı benzin də bahalaşıb. JAMAZ.İNFO xəbər verir ki, indiyə qədər bir litri 2 manata satılan sözügedən benzin bundan sonra 2.30 manata satılacaq.
Qeyd edək ki, Aİ-98 markalı benzində qiymət artımı 30 qəpik təşkil edib. Bundan başqa, rəsmi məlumata görə, Aİ-95 markalı benzin də bahalaşıb. Belə ki, həmin markalı benzin 1.60 manatdan 2 manata qaldırılıb.