Ölkə içi

Prokurorluq qazinin intiharı ilə bağlı araşdırmalara başladı

1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, 35 yaşlı qazi iyulun 10-da intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi. Lakin bütün cəhdlərə baxmayaraq, ağır yanıq xəsarətləri səbəbindən iyulun 12-də vəfat edib.
Xatırladaq ki, Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfərov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. 2 azyaşlı oğlu qalan qazi “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər.
Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button