
Gündəm
Azərbaycan-Ermənistan sərhəddini rus sülhməramlıları qorumayacaq
Azərbaycan-Ermənistan sərhəddində rus sülhməramlıları yerləşdirilməyəcək. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, bu məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, Paşinyan-Putin görüşündə bir sıra məsələlər, o cümlədən Qarabağla bağlı məsələlər müzakirə olunacaq. Lakin hər hansı bir sənəd imzalanmayacaq.