DünyaManşet

Erməni polisi Zəngəzur Dəhlizinə qarşı çıxan Sünik əhalisini saxlamağa başlayıb

Ermənistanda Zəngəzur dəhlizi məsələsi ilə bağlı Sünik vilayətində qarşıdurmalar başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bunu Gorus şəhərinin medi Aruş Aruşanyan deyib.

O bildirib ki, Sünik vilayətinin əhalisi nəqliyyat dəhlizinin bu ərazidən keçməsinə razı deyil və müqavimət göstərirlər. Onun sözlərinə görə, İrəvan hökuməti isə etiraz edənləri polisə çağırır, onları təhdid edir və fikirlərindən əl çəkmələrini tələb edir. “Hakimiyyət yaxşı birlir ki, biz həmin dəhlizin bu ərazilərdən keçməsinə imkan verməyəcyik. Onlar da bunu bildiklərindən bizi təhdid edir, müxtəlif bəhanələrlə saxlayır və həbs edir. Və bununla məsələnin asan yolunu tapdıqlarını düşünürlər”.

Aruşanyan bildirib ki, əhalini qorxutmaqla məsələni həll etmək mümkün deyil. “Qoy, bizi mühakimə etsinlər. Kənd icmalarının nümayəndələrini, bizim admnistrasiyanın üzvlərini rahat buraxsınlar. Onsuz da elə bir atmosfer yaradıblar ki, insanlar buradan çıxıb gedirlər”.

Gorusun meri onu da deyib ki, dünən yerli polis Vorotan kəndinin sakinlərini yığaraq, idarəyə aparıb. “Dünən gecə Vorotan kəndinin sakinlərinin hamısını yığaraq, polisə aparıblar. Bir neçə məsələyə görə onları dindiriblər. Onlardan biri də dəhliz məsələsi olub. Lakin bunun xeyri yoxdur. Biz geri çəkilməyəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button