Dünya

Zelenskinin “Putin heç kimdir” açıqlamasına Kremldən cavab

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin prezident Vladimir Putinlə danışıqlarda “maraqlı olmadığı” barədə bəyanatını şərh edib.

Jamaz.info xəbər verir ki, Peskov bildirib ki, bu bəyanat cavab tələb etmir.

“Cənab Zelenskinin hansı vədlərlə prezident seçildiyini bilirik. O, Donbass problemini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi, yerinə yetirmək fikrində deyildi. O, müharibəyə hazırlaşırdı. Onun özü çoxdan prezident Putinin mümkün rəqibi olmaqdan çıxıb”, – Kremlin sözçüsü vurğulayıb.

Bundan əvvəl Britaniyanın “Sky News” nəşrinə müsahibəsində Zelenski Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Putinlə görüşməkdə maraqlı olmadığını bildirib.

Bu ilin yanvarında Davosda Dünya İqtisadi Forumunda video bağlantı vasitəsilə çıxış edən Zelenski hərbi əməliyyatların dayandırılması məsələsində “kimlə və nədən danışacağını” başa düşmədiyini söyləmişdi. O, Vladimir Putinin sağ olduğuna və qərar qəbul etməsinə şübhə etmişdi.
Bundan əvvəl, keçən ilin oktyabrında Zelenski Rusiyanın hazırkı prezidenti ilə danışıqları qadağan edən fərman imzalayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button