Dünya

Yunan professor: “Türkiyənin gücünü Qarabağda gördük”

Türkiyə-Yunanıstan münasibətlərində gərginlik pik həddədir. Aralıq dənizi ətrafında gedən mübahisələr, həm də tarixi düşmənçiliyə əsaslanır. JAMAZ.İNFO xəbər verir ki, Afina hökuməti özünə müttəfiq toplayaraq, Türkiyəyə qarşı müharibə etmək fikrində olduğunu da gizlətmir.

Belə ki, Fransadan dəstək alaraq, Səudiyyə və İsrail kimi ölkələri də prosesə cəlb etməyə çalışan Yunanıstan, Ankaranın cavabları qarşısında bəzən geri çəkilsə də, niyyətindən geri qalmadığını nümayiş etdirir.

Tanınmış yunan professor Konstantinos Tsipos isə Yunanıstan hökumətinə xəbərdarlıq edərək, Türkiyə ilə “oyun oynamamağa” çağırıb. Yerli telekanallardan birinə qatılan Tsipos deyib ki, Türkiyə daha əvvəlki deyil və ehtiyatlı olmaq lazımdır. “Türkiyə artıq əvvəlki kimi regional bir güc deyil. İri dövlətlərin masasında şahmat oynayır. Qarabağda Türkiyənin gücünü gördük. Suriyada, İraqda anklav bölgələr yaratdı. İndi isə sırada “Mavi Vətən” layihəsi var. Aralıq dənizindəki qaz Ankaranın istədiyi ən son şeydir. Adaları geri alacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button